
Türkiyənin Başkent Universitetinin kommunikasiya fakültəsinin radio, televiziya və kino şöbəsinin tələbəsi, anası Azərbaycan əsilli, atası isə Rizədən olan Doğukan Navdar, 2026-cı ilin Mister Türkiyəsi seçilərək daha bir əhəmiyyətli uğura imza atıb.
Newscenter.az xəbər verir ki, Türkiyənin hər yerindən 30 finalçının iştirakı ilə İstanbulda keçirilən möhtəşəm final gecəsində Doğukan Navdar uğurlu performansı, güclü səhnə varlığı, təsirli ünsiyyət bacarığı, özünəinam və nümunəvi şəxsiyyəti ilə münsiflər heyətinin rəğbətini qazanıb, müsabiqədə birinci yeri tutub.

Türkiyənin ən nüfuzlu kişi modellik və təmsilçilik təşkilatlarından biri hesab edilən Mister Türkiyə müsabiqəsi hərtərəfli bir müsabiqə kimi seçilir. özünəinam, sosial şüur, mədəni mənşə, ünsiyyət bacarıqları, liderlik keyfiyyətləri və ölkəni beynəlxalq platformalarda təmsil etmək qabiliyyətini də qiymətləndirir.
Bu əhəmiyyətli nailiyyətlə Doğukan Navdar Türkiyəni beynəlxalq platformalarda təmsil etmək hüququ qazanıb və eyni zamanda modellik, reklam, moda, kino və media sahələrində yeni layihələrə başlamağa hazırlaşır.
Qeyd edək ki, o, 2023-cü ildə keçirilən Kino Kralı və Kraliçası Müsabiqəsində Kino Kralı titulunu qazanıb.
Arzu












































