
Qazaxıstanda robot kuryerlər fəaliyyət göstərməyə başlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, robot kuryerlər ilk olaraq Astanada pilot rejimdə istifadəyə verilib.
Sınağın birinci mərhələsi çərçivəsində Yesil rayonunun sakinləri Yandex Lavka xidməti vasitəsilə sifariş verə bilərlər. Robot kuryerlər sifarişi pulsuz çatdıracaqlar.
Robotlar piyada yolu ilə yaşayış binalarına doğru hərəkət edəcək və girişin yaxınlığındakı səkidə və ya ən yaxın yerdə dayanacaqlar. Müştəri mobil tətbiq vasitəsilə hərəkətini izləyə bilər. Robot gəldikdən sonra smartfon vasitəsilə yük bölməsini açıb sifarişi götürə bilər. Robot kuryerinin orta sürəti saatda 6 kilometrdir.
Yaxın gələcəkdə robot kuryerlər tərəfindən çatdırılma xidməti Nura rayonunun sakinləri üçün də mövcud olacaq.
Anar












































