
Şamaxıda oğul atasını bıçaqlayıb.
Newscenter.az-ın məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.












































