
ABŞ və İsrail İrana qarşı sarsıdıcı hərbi əməliyyatlara başlayacaq. İsrailin baş naziri B. Netanyahu Vaşinqtona səfər edərək, D. Trampa Tehrana qarşı daha da sərt hərbi əməliyyatlara inandıra bildi. B. Netanyahunun ABŞ səfərində "Iranla bağlı ciddi məsələlər müzakirə edilməyəcək"-kimi İsrail kəşfiyyatı belə bir informasiya dövriyyəyə buraxmışdı.
Qeyd edim ki, Çin İrana radar sistemləri, daşına bilən zenit raketləri və digər havadan müdafiə sistemləri göndərir. Ötən gün İranın Ali Dinin rəhbərinin müşaviri və sərt xəttin əsas fiquru Yəhya Səfəvi Pakistanda Çinin müdafiə naziri və digər yüksək çinli rəsmilərlə görüşüb. Çin İrana hərbi lojistika dəstəyi verməklə, ABŞ strateji böhrana yuvarlamağı planlaşdırır. Bir növ İran, ABŞ və Çin arasında "döyüş pladsarmı" olacaq.
İran da geri çəkilmir və körfəz ölkələrinin infrastrukturu Tehran tərəfindən hərbi hədəf olacaq. Bir neçə gün davam edən Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermədi. İran ABŞ -la uzun müddətli müharibəyə hazır deyil. İran hərbi rəhbərliyi strateji səhvə gedir.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi










































