
NATO-nun Bombardier Artemis II kəşfiyyat təyyarəsi gün ərzində Qara dəniz üzərində rekord sayda uçuş həyata keçirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, uçuş doqquz saat davam edib.
Təyyarə Moskva vaxtı ilə səhər saat 9:00 radələrində Rumıniyanın Konstansa şəhərindəki bazadan havaya qalxıb və sonra Cənubi Qara dənizdəki neytral sular üzərində doqquz saat qərbdən şərqə və geriyə uçub.
Adətən belə bir təyyarə sular üzərində iki və ya üç dövrə vurur və təxminən iki-üç saat çəkir. Lakin bugünkü uçuş müddəti rekord qırıb.
Bombardier Artemis II təyyarəsinin avqustun 3-də Qara dəniz üzərində görünməsi avqustun əvvəlindən bəri ilk dəfə idi. Lakin ötən bazar günü, rəsmi tətil olmasına baxmayaraq, təyyarə Finlandiya körfəzinin Estoniya sahillərini bir neçə dəfə dövrə vurdu və həmçinin mərkəzi Latviya, Litva və Estoniya üzərindən bir neçə dəfə uçuş etdi. Lakin təyyarə bu ölkələrin Rusiya və Belarusla sərhəd ərazilərinə yaxınlaşmadı.
Anar












































