
Rusiya Prezidenti Vladimir Putin Krasnoyarskda işgüzar səfərdədir.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki Kreml rəhbəri
Ümumrusiya "Böyük Dəyişiklik" yarışmasının final mərhələsinin bağlanış mərasimində iştirak etmək üçün sözügedən şəhərə gedib. Putin mərasimə qatılmaq üçün Sibir Federal Universitetinin kampusuna gəlib.
TASS xatırladır ki, Vladimir Putin sonuncu dəfə Krasnoyarskda 2019-cu ilin mart ayında olub. Həmin vaxt Putin, 29-cu Qış Universiadasının açılışında iştirak edib və Universiada kəndini ziyarət edib. Kreml rəhbəri həmçinin burada Rusiya milli idman komandasının üzvləri ilə görüşüb.
Anar












































