Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Rusiya birgə informasiya yoxlama mərkəzi yaradır

Qazaxıstan və Rusiya birgə informasiya yoxlama mərkəzi yaradır


III Rusiya-Qazaxıstan Media Forumu zamanı Qazaxıstan nümayəndələri birgə media kontent istehsalına keçmək təklifi ilə çıxış ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Qazaxıstan Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Kanat Kulşmanovun sözlərinə görə, Rusiya və Qazaxıstan media qurumları mübahisəli məlumatlarla işləməyə kömək edəcək, eləcə də birgə media kontent istehsalı ilə məşğul olacaq birgə informasiya yoxlama mərkəzi yarada bilərlər.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözlərinə görə, Kiyev Rusiyaya zərər verməyə çalışarkən, eyni zamanda Qazaxıstanın maraqlarına da hücum edir.

Qeyd edək ki, III Rusiya-Qazaxıstan Media Forumu Sankt-Peterburqda keçirilib.

Anar
Xəbəri paylaş