
"Səfəvilər tarixi Azərbaycan imperiyasıdır. Məhz Səfəvilər dövründə bütöv Azərbaycan oldu. Həmçinin xalq olaraq tarixdə imperiya yaratdıq. Şah İsmayılın Bakıda abidəsini cənab prezident İlham Əliyev yenidən bərpa etdirdi. Şah İsmayıl Xətai adına hərbi orden və Bakıda inzibati rayon var. Səfəvilərlə Azərbaycan dövlətçiliyi inkişaf etdi və Azərbaycan xalqının təşəkkülü və inkişafı ən yüksək mərhələyə qalxdı".
Newscenter.az xəbər verir ki, bunları deyən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, səfəviləri məzhəbə görə İrana bağlamaq Azərbaycan xalqının milli və tarixinə qarşı gəlməkdir:
"Səfəvilər imperiyası qədim Azərbaycan şəhəri olan Təbrizdə yaranıb. Azərbaycan şəhəri olan Ərdəbildə təşəkkül tapıb. Bu gün Ermənistan, İran Azərbaycanın tarixini olmadığını deyillər. Ermənilər Albaniyaya, İran Səfəvilərə sahib çıxmağa çalışır. Halbuki qədim Albaniyada, Səfəvilərdə Azərbaycan ərazisində yaranıb".
O qeyd edib ki, Şah İsmayılla başlayaraq zəngin elmi və mədəni mühit formalaşdı:
"Səfəvilərə qədər Şirvanşahlar dövləti olub. Şirvanşahlar dövlətində ərəb və fars sülalələri hakimiyyətdə olub. Onda deyək ki, Şirvanşahlar ərəb və farsa aiddir?".
Süleyman












































