
"Dünyada baş verən münaqişələrin tənzimələnməsində rol almalı olan BMT-nin daimi üzvlərinin özləri artıq münaqişə içindədirlər. Belə olduğu halda yeni beynəlxalq qurumun yaranmasına zərurət var. Amma beşdən artıq ölkənin daimi üzvlüyü ilə".
Newscenter.az xəbər verir ki, bunları politoloq Tural İrfan səsləndirib. O, fikirlərini belə əsaslandırıb:

"ABŞ - İran gərginliyi fonunda BMT-nin sönük fəaliyyəti, bəlkə də fəaliyyətsizliyi təəssüf doğurur. ABŞ bir ölkənin dövlət başçısını gedib gecə yatağından tutub aparır. İran ABŞ-ın dövlət başçısının qətli üçün əhalidən vəsait yığır. Dünya qana çalxalanır, amma bu qurumun səsi çıxmır. Belə görünür ki, dünya ağsaqqalsız qalıb. Beynəlxalq hüquq, ümumbəşəri qanunlar sadəcə kağız üzərindədir".
Süleyman












































