
Bu ilin sonunda G20 ölkələrinin liderlərinin növbəti zirvə görüşü olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib. Bildirilib ki, zirvə görüşü dekabrın 14-15-də baş tutacaq. G20 ölkələrinin liderlərinin Zirvə Toplantısının Mayamidə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, liderlər zirvə görüşündə dünyadakı mövcud iqtisadi vəziyyət, G20-yə daxil olan ölkələrin iqtisadi inkişafı istiqamətində atılması vacib oolan addımlar, eləcə də digər qlobal aspektdə baş verən proseslərin iqtisadiyyata təsiri məsələləri müzakirə ediləcək.
Anar












































