
"2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə nəticələnmişdir. Bu hadisələrdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır.
11–12 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə gedən proseslərlə yerində tanışlıq baxımından diqqət çəkmişdir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nümayəndə iştirak etmiş, Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olmuşlar. Səfər çərçivəsində Gəncəsər və Xudavəng monastır komplekslərinə də baş çəkilmişdir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Mashmudova deyib. O bildirib ki, diplomatların səfəri Ermənistanın bəzi siyasi və ictimai dairələrində, eləcə də erməni mediasında tənqidi reaksiyalarla qarşılanmışdır:
"Ayrı-ayrı dairələrin səfərə etiraz etməsi bölgənin tarixi və mədəni irsi ilə bağlı fərqli mövqelərin davam etdiyini göstərir.
Azərbaycan tərəfi səfəri ölkənin suveren ərazisində həyata keçirilən normal diplomatik fəaliyyət kimi qiymətləndirir. Xarici nümayəndələrin bölgədə aparılan işlərlə yerində tanış olması Qarabağ və Şərqi Zəngəzurda baş verən dəyişikliklərin birbaşa müşahidəsinə imkan yaratmışdır".
Anar












































