Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin Or Yehuda şəhərinin rəhbərliyinə Azərbaycanla bağlı kitablar təqdim olunub

İsrailin Or Yehuda şəhərinin rəhbərliyinə Azərbaycanla bağlı kitablar təqdim olunub


“Gənclərin Töhfəsi” İctimai Birliyinin nümayəndələrinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi İsrail səfəri çərçivəsində İsrailin Or Yehuda şəhərinin meri Liat Şohata və mer müavini Janna Koenə (Jana Cohen) İctimai Birlik adından təşəkkürnamə və suvenir təqdim edilib.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində Or Yehuda şəhər meriyasının kitabxanasına da Azərbaycanla bağlı müxtəlif mövzularda nəşrlər hədiyyə edilib. Kitabxanaya ivrit və ingilis dillərində Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Qarabağ Zəfəri, Xocalı soyqırımı, Azərbaycan mədəniyyəti və mətbəxi, eləcə də ölkənin tarixi və milli dəyərlərini əks etdirən kitablar təqdim olunub.

Kitabların şəhər kitabxanasına hədiyyə edilməsi Azərbaycanın tarixi, mədəniyyəti və milli irsinin İsrail ictimaiyyətinə daha yaxından tanıdılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib. Təqdimatın Azərbaycan və İsrail xalqları arasında dostluq, qarşılıqlı hörmət və mədəni əlaqələrin rəmzi ifadəsi olduğu vurğulanıb.

Or Yehuda şəhərinin mer müavini Janna Koenə Azərbaycan və İsrail arasında mövcud dostluq və qarşılıqlı hörmət münasibətlərindən, xüsusilə gənclər və ictimai təşkilatlar arasında əlaqələrin genişləndirilməsi imkanlarından bəhs edib. Bildirib ki, xalqlar arasında qarşılıqlı anlaşmanın və əlaqələrin daha da möhkəmləndirilməsində gənclər təşkilatlarının həyata keçirdiyi birgə layihələr və təşəbbüslər mühüm rol oynaya bilər.
O, gələcək əməkdaşlıq perspektivlərindən də danışıb, gələcəkdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş konfransın keçirilməsinin, eləcə də İsraildə fəaliyyət göstərən gənclər təşkilatları ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Tərəflər gənclər diplomatiyası, mədəni mübadilə, ictimai təşəbbüslər və qarşılıqlı səfərlər vasitəsilə əlaqələrin daha da genişləndirilməsinin mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Azərbaycan və İsrail gəncləri arasında birbaşa ünsiyyətin və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinə, iki ölkənin ictimai təşkilatları arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin İsrail səfəri çərçivəsində keçirilən görüş və təqdimatlar iki ölkə arasında humanitar və ictimai əlaqələrin inkişafına yönəlmiş təşəbbüslərin davamı kimi diqqət çəkib.

Süleyman
Xəbəri paylaş