Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva və Aşqabad strateji tərəfdaşlığı dərinləşdirməyi hədəfləyir

Moskva və Aşqabad strateji tərəfdaşlığı dərinləşdirməyi hədəfləyir


Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, XİN rəhbərləri iki ölkənin daha dərin strateji tərəfdaşlığının gücləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Rusiya XİN-in yaydığı xəbərə görə, görüş zamanı Rusiya-Türkmənistan gündəliyindəki əsas məsələlər müzakirə edilib və daha dərin strateji tərəfdaşlığın yüksək statusuna malik ikitərəfli münasibətləri gücləndirmək üçün qarşılıqlı istək təsdiqlənib.

Tərəflər həmçinin Müstəqil Dövlətlər Birliyi, Xəzəryanı Dövlətlər Dialoqu və Rusiya-Mərkəzi Asiya formatı da daxil olmaqla müxtəlif beynəlxalq forumlarda birgə işləməyə və sıx koordinasiya etməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, görüşdə mədəni, humanitar və təhsil sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, eləcə də Rusiya-Türkmənistan hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Anar
Xəbəri paylaş