Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada 3 min mağaza etirazçılar tərəfindən talan edilib

Fransada 3 min mağaza etirazçılar tərəfindən talan edilib


Fransada iğtişaşlarla müşayiət olunan nümayişlər zamanı etirazçılar təxminən 3000 mağazanı talan ediblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ədliyyə naziri Gerald Darmanin məlumat verib. Nazir bütün bunlara baxmayaraq, fövqəladə vəziyyət elan etməyə ehtiyac olmadığını deyib.

"Aralarında bir neçə min cinayətkar və problem yaradan var deyə bütün fransızları şəxsi azadlıqlarından məhrum etməyə ehtiyacımız yoxdur",-deyə nazir bildirib.

Qeyd edək ki, 17 oktyabrda Parisdə və bütün Fransada yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçılar 800.000 nəfərin iştirak etdiyini təxmin edirlər, Daxili İşlər Nazirliyi isə bu rəqəmin 550.000 olduğunu bildirib.

Anar
Xəbəri paylaş