
Çoxsaylı həll olunmamış böhranlar səbəbindən qlobal birlik artıq Üçüncü Dünya Müharibəsinin ilk ilini yaşaya bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib.
Diplomat Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalına verdiyi müsahibədə bildirib ki, hazırda beynəlxalq sülh və təhlükəsizlik sahəsində real böhran mövcuddur və son on ildə dünyada heç bir hərtərəfli sülh müqaviləsi imzalanmayıb.
Yaxın Şərqdəki vəziyyətdən danışan Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırkı eskalasiya onilliklərdir davam edən dondurulmuş və həll olunmamış münaqişələrin nəticəsidir. O bildirib ki, bu gün başqalarının səhvlərinin bəhrəsini görürük.
Əl-Ənsarinin sözlərinə görə, Fars körfəzi ölkələri hazırda regional təhlükəsizlik sisteminin yenidən qurulmasına diqqət yetirirlər.
Anar













































