
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) təşkilatçılığı ilə azərbaycanlı iş adamlarının Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfəri təşkil olunub.
Bu barədə Newscenter.az-a məlumat verən ATUİAB sədri Ruslan İmanzadə deyib ki, iyulun 19-22-si tarixlərini əhatə edən səfərdə Azərbaycandan 7 şirkət təmsilçisi iştirak edib:
"Qırğızıstandan isə 17 iş adamı bu görüşdə iştirak edib. Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanovun da qatıldığı görüşdə hər iki ölkənin investorlarının qarşılıqlı şəkildə layihə həyata keçirmələri barədə razılıq əldə olunub. ATUİAB-ın da iştirakı ilə həyata keçiriləcək layihələr təhsil, inşaat, kənd təsərrüfatını əhatə edəcək. Eyni zamanda qırğız məhsullarının Özbəkistana, özbək məhsullarının isə Qırğızıstana, həmçinin Azərbaycan və Qırğızıstan məhsullarının qarşılıqlı olaraq çatdırılması ilə əlaqədar ATUİAB yol xəritəsi irəli sürüb. ATUİAB-ın bu təklifi bəyənilib".
Süleyman