Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özünüməşğul əhalinin sayı 5,5 milyonu keçib

Özünüməşğul əhalinin sayı 5,5 milyonu keçib


2025-ci il iyulun 1-nə Özbəkistanda özünüməşğul əhalinin sayı 5,5 milyon nəfəri ötüb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Vergilər Komitəsinin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% (2,1 milyon nəfər) çox olub.

Özünüməşğulluqla məşğul olan vətəndaşların ümumi sayının 58 faizini kişilər, 42 faizini isə qadınlar təşkil edib.

2025-ci ildə yüngül avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyətində 184,2 min vətəndaş özünüməşğul olub.

Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən özünüməşğulluq fəaliyyəti ilə məşğul olan şəxslərin məşğul ola biləcəyi fəaliyyət növlərinin sayı 104-dən 72-yə endiriləcək. Bərbərlik, repetitorluq, foto və videoçəkiliş, kopirayterlik və digərləri siyahıdan çıxarılacaq. Bununla belə, bazarlarda ticarət də daxil olmaqla üç yeni iş yeri əlavə olunacaq.

Süleyman
Xəbəri paylaş