Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Qlobal Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib platformadır

Şuşa Qlobal Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib platformadır


"III Qlobal Media Forumu ilk dəfə Xankəndi şəhərində yüksək səviyyədə keçirildi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. O deyib ki, təşkilatçılıq və Prezident İlham Əliyevin müxtəlif məzmunlu suallara səmimi cavabları beynəlxalq ictimaiyyətin marağına səbəb oldu:

"Dünya gündəmində aktuallıq kəsb edən problemlərlə bağlı dövlət başçımızın beynəlxalq hüquqa, ədalətə söykənən mövqeyi bir çox ölkələrin kütləvi informasiya vasitələrində geniş müzakirələrə səbəb oldu. Ələlxüsus, Ukrayna-Rusiya müharibəsi, son zamanlar Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik barədə jurnalistlərin suallarını cənab Prezident tam çılpaqlığı ilə cavablandırdı. Qeyd etməliyəm ki, adətən belə həssas vəziyyətlərdə dövlət başçıları açıq mövqe bildirmir, konkretlikdən yayınır, diplomatik terminlərlə məhdudlaşırlar. Bunun üçün, kifayət qədər, cəsarət, peşəkarlıq, ehtimal olunan təxribatlara qarşı iqtisadi, hərbi gücün olmalıdır".

Millət vəkili deyib ki, Qlobal Media Forumunda səsləndirilən sualları bir neçə istiqamətdə sistemləşdirmək olar:

"Birincisi, Ermənistan-Azərbaycan sülh danışıqlarında son vəziyyət. Sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına mane olan amillər, Azərbaycanın tələbləri. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, bölgənin tarixi, mədəniyyəti barədə iştirakçıların məlumatlandırılması.

İkincisi, Yaşıl Enerjiyə keçid, COP-29, Avropa İttifaqının enerji təminatında Azərbaycanın rolu. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin bölgə ölkələri üçün əhəmiyyəti.

Üçüncüsü, Azərbaycanın Avropa İttifaqı və region ölkələri ilə, ümumiyyətlə beynəlxalq münasibətlər sistemindəki aktiv rolu, ATƏT-ın Minsk qrupunun "fəaliyyəti".

Dördüncüsü, ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra şimal qonşumuzun əxlaqa sığmayan davranışlarının nəticələri, beynəlxalq məhkəməyə müraciətin hazırlanması, Ukrayna xalqına heç zaman işğalla bağlı razılaşmamağı barədə məsləhətlər, rusiyalı jurnalistin “müvəffəqiyyətin sirrlərinin kökündə nə dayanır” kimi fərdi sualları qeyd etmək olar. Düşünürəm ki, məhz, bu suallara cavabda bir çox dövlət başçılarına nümunə ola biləcək mesajları görmək olar. Dövlət başçılarının öz xalqlarına yalan danışmaqları, beynəlxalq hüququn tələblərinə riayət etməmələri, qonşularla düzgün münasibət qurmamaları, faciələrə gətirib çıxarır, milyonlarla insanın taleyini alt-üst edir. Bu mənada, Prezident İlham Əliyev, həmkarlarına Azərbaycanın qlobal və regional proseslərə baxışlarını ortaya qoydu. Açıq şəkildə mesaj verdi ki, Azərbaycanla əməkdaşlıq etmək lazımdır, konfrantasiya yox. Nəticə çıxarmaq onlardan asılıdır.

Ümumiyyətlə hesab edirəm ki, Şuşa Qlobal Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin, tariximizin, inkişafımızın təbliğ olunmasında olduqca vacib platformadır".

Süleyman
Xəbəri paylaş