Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropaya kömür nəqli bərpa edilir

Avropaya kömür nəqli bərpa edilir


Qazaxıstan Rusiya üzərindən Avropaya kömür nəqlinin bərpasına dair razılıq əldə edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu ilin fevralında Avropa İttifaqı 16-cı sanksiyalar paketi çərçivəsində Rusiya limanları ilə hər hansı razılaşmanı qadağan edib. Nəticədə Qazaxıstan kömürünün Avropa ölkələrinə müntəzəm ixracı ciddi təhlükə altında idi. Rusiyanın Ust-Luqa limanı həmişə Qazaxıstan kömürünün Avropaya əsas tranzit məntəqəsi olub.

Bu vəziyyəti həll etmək üçün Ticarət və Xarici İşlər Nazirlikləri Qazaxıstanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyi ilə birlikdə Avropa tərəfi ilə müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıblar. Aİ-nin sanksiyalar rejiminə müvafiq dəyişikliklərin edilməsi üçün Avropa Komissiyasına rəsmi sorğu göndərilib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında isə 82,9 milyon dollar dəyərində 1,6 milyon ton kömür ixrac edilib. Bu, ümumi kömür ixracının cəmi 38,5%-ni təşkil edib.

Anar Əliyev
Xəbəri paylaş