
UNFPA-nın Əhali və İnkişaf Proqramının analitiki Azam Taşpulatovun hesabatında qeyd edildiyi kimi,
Özbəkistanın əhalisi hazırda 37,8 milyon nəfərdir və 2030-cu ilə qədər əhali sayı 41 milyona, 2050-ci ilə qədər isə 51 milyona yüksələcəyi gözlənilir.
Newscenter.az "Sputnik Ğzbəkistan"a istinadən bildirir ki, bunu UNFPA-nın Əhali və İnkişaf Proqramının analitiki Azam Taşpulatov deyib.
O bildirib ki, hazırda əhalinin artım tempi 2,2 faiz təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən iki dəfə çoxdur. Ən sürətli artımın Surxandərya, Kaşkədərya, Səmərqənd, Cizzəx rayonları və Daşkənd şəhərində olacağı proqnozlaşdırılır. Fərqanə vadisində əhalinin də sürətlə artmaqda davam edəcəyi gözlənilir. Ən aşağı artım Qaraqalpaqıstan Respublikası, Daşkənd və Buxara vilayətlərində müşahidə oluna bilər.
Süleyman