
Özbəkistan və Türkmənistan strateji tərəfdaşlığı genişləndirəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov arasında keçirilən görüş zamanı bu barədə fikir mübadiləsi aparılıb.
Özbəkistan Prezidenti Serdar Berdiməhəmmədovu “Beynəlxalq Sülh və Etimad İli”ndə BMT-nin Qlobal Konfransının yüksək səviyyədə keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edib və Türkmənistanın yüksək dövlət mükafatı – “Əməkdaşlığın inkişafına töhfəyə görə” ordeni ilə təltif edilməsinə görə minnətdarlığını bildirib.
Görüş zamanı qarşıdan gələn yüksək səviyyəli tədbirlərə hazırlıq çərçivəsində Özbəkistan-Türkmənistan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin aktual məsələləri nəzərdən keçirilib.
Bu il üçün nəzərdə tutulan hökumətlərarası komissiyaların, İşgüzar Şuranın, Regionlar Forumunun iclaslarının və bir sıra mədəni tədbirlərin səmərəliliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Həmçinin regional gündəliyə dair fikir mübadiləsi aparılıb, yüksək səviyyəli görüşlərin planı nəzərdən keçirilib.
Süleyman