Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ərəb mətbuat dili" kitabı işıq üzü görüb

"Ərəb mətbuat dili" kitabı işıq üzü görüb



Məhəmmədəli Babaşlı, Abdin Uveys Yunis və Qafar Ocaqlının həmmüəllifliyi ilə "Ərəb mətbuat dili" kitabı işıq üzü görüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Məhəmmədli Babaşlı paylaşıb. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun Elmi Şurasının 14 mart 2024-cü il tarixli (Protokol № 3-32-1/3-4-16/2024) iclasının qərarı ilə çapa məsləhət görülmüş "Ərəb mətbuat dili" adlı tədris vəsaiti çap olunub.

"Son beş ildə həmkarlarım ilə birlikdə üzərində çalışdığımız 512 səhifəlik tədris vəsaitinin nəşrinin həyata keçməsində göstərdiyi qayğıya və dəstəyə görə Azərbaycan İlahiyyat İnstitutunun rektoru hörmətli Aqil Şirinova, tədris vəsaitinin müzakirəsində iştirak etmiş və səmərəli təkliflərini vermiş institutut və fakültə elmi şuralarının hörmətli üzvlərinə, ilkin müzakirəni təşkil etmiş Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradova və kafedranın ərəb dili müəllimlərinə, nəşr prosesində əməyi keçən Elnarə Ağaoğluna, Hilal Ağamoğlanova sonsuz təşəkkürlərimizi bildiririk".

Süleyman
Xəbəri paylaş