Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton görüşü sülhə doğru atılmış bir addım sayıla bilər

Vaşinqton görüşü sülhə doğru atılmış bir addım sayıla bilər


"Vaşinqton görüşü bütün deyilənlərə baxmayaraq sülhə doğru atılmış bir addım sayıla bilər".

Bu fikirləri Newscenter.az-a səsləndirən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib ki, Ukrayna cəbhəsində hər kəs Rusiyanın məğlub edilməsinin tərəfdarıdır, lakin "əlini daşın altına qoymaq" istəyən yoxdur:

"Avropa Birliyi muharibəyə Birləşmiş Ştatların daha çox silah sursat və maliyyə yardımı ayırmasını istəyir. Birləşmiş Ştatlar isə buna getmək fikrində deyil, çünki resurslarını xərcləyib Çinin qarşısında aciz vəziyyətə düşməkdən qorxur. Ona görə də Avropa muharibə aparmaq istəyirsə, silahları yalnız pulla verə biləcəyini bəyan edir. Bundan başqa cəbhədə yalnız ukraynalılar döyüşür, müttəfiqlər canlı qüvvə yardımı etmirlər. Ukraynada isə son vaxtlar döyüşə getmək istəyən yoxdur. Səfərbərlik cəmiiyyətdə ciddi narazılıq yaradır. Ən pisi isə odur ki, Ukraynaya verilən silahların Rusiyanı geri oturtmağa gücü çatmır. Hər keçən gün itkilər artır. Üç ildən artıqdır ki, davam edən müharibədə verilən vədlərin boş sözlər olduğu hər keçən gün daha çox təsdiqini tapır. Avropa İttifaqı ölkələri cəbhədə döyüşən və yaralanan əsgərlərə, ölənlərin ailələrinə maddi dəstək də göstərmir. "Müharibə davam etsin prinsipiallığı" heç bir əməli dəstəyə söykənmir. Rusiya isə işğal etdiyi əraziləri nəzarətdə saxlamaqda və fürsət olduqda kiçik irəliləyişlər əldə etməkdədir".

Mütəllim Rəhimli hesab edir ki, belə bir durumda ukraynalıların ölməsinin qarşısını almaq tələb olunur:

"Zelenski də artıq bunu dərk etdiyini Vaşinqtonda göştərdi. Çox güman özü də dərk edir ki, qurbanlığa çevrilib. Ona görə də güzəştlərə hazır olduğunu bəyan etdi.

Aydındır ki, Tramp muharibənin dayandırılmasınıa çalışır. Avropa İttifaqı isə qələbə tələb edir və hər hansı güzəştin əleyhinədir. İndi Zelenskinin qarsısında iki seçim qalır. Birincisi, "dostlar"ından hərtərəfli kömək göstəriləcəyi ilə bağlı inandırıcı qarantiya almalıdır. Bu zaman müharibəni davam etdirməyə dəyər. İkincisi, maksimum təhlükəsizlik zəmanəti ilə sülhə razılaşmaq və müharibəni dayandırmaq. Bununla insan itkisinin və infrastrukturun dağılmasının qarşını almaqla dövləti qoruya bilir".

Partiya sədri hesab edir ki, hər ikisi çox ciddi qərar tələb edir:

"Birinci variant olsa bu dünyada demokratik prinsip və dəyərlərin qələbəsi olacaq. Ancaq Avropa liderləri Vaşinqtonda məzlum təsiri bağışlayırdılar, ukraynalılarda olan cəsarətin çox cüzi hissəsi də onlarda görsənmirdi.

Vaşinqton görüşü prosesə aydınlıq baxımından da əhəmiyyətlidir. Yaxın gələcəkdə keçiriləcək Tramp-Putin-Zelenski görüşü ilə bağlı fikirlər də müharibənin dayandırılmasına inamı artırır".

Süleyman
Xəbəri paylaş