
Qazaxıstan və Səudiyyə Ərəbistanı həcc və turizm sahəsində əməkdaşlığı gücləndirir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, Qazaxıstan Krallığının baş müftisi Nauryzbay Hacı Səudiyyə Ərəbistanının Həcc və Ümrə işləri üzrə naziri ilə görüşüb. Tərəflər Həcc ziyarətinin təşkili ilə bağlı aktual məsələləri, o cümlədən hava nəqliyyatı, zəvvarların yerləşdirilməsi, vizaların alınmasını müzakirə ediblər.
Nazir Tavfiq ibn Fövzan ər-Rəbia bildirib ki, bu səfərin məqsədi ölkələrimiz arasında tarixi əlaqələri möhkəmləndirmək, eləcə də Qazaxıstandan olan zəvvarların sayını artırmaq və onlar üçün müvafiq şərait yaratmaqdır.
"Bu il 4500-ə yaxın soydaşımız əzəmətli həcc ziyarətini yerinə yetirəcək. Səudiyyə Ərəbistanının müvafiq nazirliyi həcc ziyarətinə gedənlərə xüsusi dəstək göstərir", - deyə Nəciybəyiyev bildirib.