Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərzaq bazarının idxaldan asılılığını minimuma endirmək hökumətin strateji vəzifəsidir-PREZİDENT

Ərzaq bazarının idxaldan asılılığını minimuma endirmək hökumətin strateji vəzifəsidir-PREZİDENT


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ərzaq bazarının idxaldan asılılığının minimuma endirilməsinin vacibliyini vurğulayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Tokayev əsas vəzifənin daxili bazarı ətlə tam təmin etmək olduğunu deyib:

"Həmçinin bu sənayenin ixrac potensialını gücləndirmək lazımdır. Ölkənin ərzaq bazarının idxaldan asılılığını minimuma endirmək hökumətin strateji vəzifəsidir. Təbii ki, biz özümüzü yüz faiz təmin edə bilmirik və ola bilsin ki, buna ehtiyac da yoxdur. Amma bazarda mövcud vəziyyətdən danışmaq utancvericidir".

Prezidentin sözlərinə görə, ənənəvi milli məhsullarımızı xarici bazarlara fəal şəkildə tanıtmaq lazımdır:

"Ona görə də kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı konkret plan hazırlamaq lazımdır. Burada logistika, baytarlıq və fitosanitariya standartları, rasional marketinq strategiyası nəzərə alınmalıdır. Bu, təkcə Kənd Təsərrüfatı Nazirliyinin deyil, bir sıra dövlət qurumlarının da ümumi işidir. Bu, hökumət rəhbərliyi səviyyəsində əlaqələndirilməlidir".

Mehman Mehdiyev
Xəbəri paylaş