Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 9 ayında “Çağrı Mərkəzi” 5635 zəng qəbul edib

Cari ilin 9 ayında “Çağrı Mərkəzi” 5635 zəng qəbul edib


2025-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5635 zəng qəbul edilib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, daxil olan zənglərin 4500-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 500-ü təşəkkür xarakterli, 635-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.

Süleyman
Xəbəri paylaş