Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY sərnişindaşımanı 20 %-ə yaxın artırıb

ADY sərnişindaşımanı 20 %-ə yaxın artırıb


Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 7 milyon 156 min 851 sərnişin daşınıb.

Newscenter.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 19,5 % çoxdur.

Bu ilin sentyabr ayında ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 17 % üstələyib. Ötən ay ərzində ADY ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 944 min sərnişin daşınıb.
Xəbəri paylaş