
Bankomatdan pul çıxarma proseduru dəyişəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Maliyyə Monitorinqi Agentliyinin sədr müavini Kayrat Bijanov deyib.
Onun sözlərinə görə, bu il bankomatlardan 13,2 trilyon tenge çıxarılıb. Bu, ötən illə müqayisədə 1 trilyon çoxdur:
"Nəğd pul tez-tez anonim əməliyyatlar etmək üçün istifadə olunur. Belə olan halda onu verən və alan adamı müəyyən etmək çətindir. Pul isə yad adamların kartları vasitəsilə göndərilir.
Biz tənzimləyici orqanla birlikdə konkret həllər işləyib hazırlamışıq. Birincisi, karta 500 min tengedən çox pul qoyarkən, pulu göndərən şəxsin İİN-nin göstərilməsi öhdəliyi tətbiq edilir. Bundan başqa, əməliyyatın mobil tətbiq və ya SMS vasitəsilə təsdiqlənməsi öhdəliyi də işlənir. İkincisi, 2026-cı il yanvarın 1-dən etibarən banklardan ən azı 18 gün ərzində ATM-də video çəkilişlər tələb olunacaq. Bu, şübhəli əməliyyatların iştirakçılarını müəyyən etməyə imkan verəcək”, - deyə Bijanov bildirib.
Mehman Mehdiyev