Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri müəyyən edilib

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri müəyyən edilib


ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 11 oktyabrda Bakı-Ağstafa, 12 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Newscenter.az ADY-yə istinadən bildirir ki, eyni zamanda, 29 sentyabrdan təyin edilən həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri ilə, eləcə də hər gün Bakı–Qazax–Bakı marşrutu ilə səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Süleyman
Xəbəri paylaş