Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mənəviyyat aləminin də özünəməxsus "razborşikləri" var

Mənəviyyat aləminin də özünəməxsus "razborşikləri" var


"Bəzi insanların alimi, ruhanini hətta peyğəmbəri, Allahı da belə qəbul etməməsinin kökündə itaət deyil, "həqiqət hakimliyi" durur. Belə adamlar özlərini hər şeydə söz sahibi bilir. Hansısa elmli şəxs bir söz deyəndə "bax halal olsun dübbədüz dedin, yox düz demədin, səhvin var" kimi sözlərlə əhkam kəsirlər".

Newscenter.az xəbər verir ki, bunları ilahiyyatçı, Hacı Samir Əzizov səsləndirib. O bildirib ki, mənəviyyat aləminin də özünəməxsus "razborşikləri" var:

"Bax elə burdan üz tutub deyirəm ki, Quran da sizi deyir, sizdən danışır. Quranda Bəqərə surəsində, Hz. Musa ə.s -ın öz qövmünə qatilin tapılması üçün məşhur inək məsələsi var

Onlara inəyin kəsilib bir parçasından istifadə etməklə ölən şəxsin bədəninə vurulması əmr olunur. Onlar da inəyin əlamətlərini soruşmaqla bundan vaz keçib əmrə əməl etməmək istəyirlər.

Musa ə.s inəyin əlamətlərini (sarı, gözoxşayan, yer suvarılmamış və s) sadaladıqdan sonra onlar belə deyir.
"İndi həqiqəti gətirib çıxartdın". (Bəqərə 71) Sanki Musanın (ə) o vaxta qədər dedikləri haqq olmamışdır".

Anar Əliyev
Xəbəri paylaş