
Qazaxıstanın Hökuməti 2026-2030-cu illər üçün heyvandarlığın inkişafı üzrə kompleks plan layihəsini təsdiqləyib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, kompleks planda heyvandarlıq məhsullarının istehsalının, məhsuldarlığın artırılmasına və ixrac potensialının genişləndirilməsinə yönəlmiş sənayeyə dövlət dəstəyinin metodları və mexanizmləri nəzərdən keçirilir.
"Kompleks planın həyata keçirilməsi mal-qaranın sayının 7,9 milyondan 12 milyon başa, xırda buynuzlu heyvanların sayının isə 20,2 milyondan 28 milyon başa qədər artırılmasını nəzərdə tutur. Həmçinin ət istehsalının 1,2 milyondan 1,8 milyon tona, ixracının isə 82 mindən 165 min tona qədər artacağı gözlənilir.
Həmçinin, bütün növ kənd təsərrüfatı heyvanlarının damazlıq mal-qarası üçün illik 6% güzəştli faiz dərəcəsi ilə kreditlərin verilməsi proqramının başlanması planlaşdırılır. Maliyyələşdirməyə illik ehtiyac 300 milyard tenge təşkil edəcək.
Ucqar ərazilərdə heyvandarlığın inkişafı və otlaq infrastrukturunun formalaşdırılması üçün bu il illik 6% faiz dərəcəsi ilə 50 milyard tenge maliyyələşdirmə həcmi ilə vahid güzəştli kreditin verilməsi planlaşdırılır.
Yem emalı maşın və avadanlıqlarının alınması üçün illik 5% güzəştli faiz dərəcəsi ilə əlavə 50 milyard tenge nəzərdə tutulur.
Həmçinin, heyvandarlıq sektorunda dövriyyə kapitalının artırılması üçün illik 5% faiz dərəcəsi ilə ümumi məbləği 225 milyard tenge olan güzəştli kredit proqramının başlanması planlaşdırılır.
Anar










































