
Milli Məclisin deputatı Nəsib Məhəməliyev ənənəsinə sadiq qalaraq bu il də Ramazan ayı ərəfəsində Balakən rayonunun müxtəlif bölgələrində, şəhər və kəndlərində iftar süfrələri təşkil edib, imkansız ailələrə ərzaq yardımları çatdırılıb.

Newscenter.az xəbər verir ki, deputat Nəsib Məhəməliyevin təşəbbüsü ilə martın 6-da Balakən şəhərində, 7-də isə Meşəşambul kəndində oruclu insanlar üçün iftar süfrəsi açılıb.

Meşəşambul əhalisi ötən yay kəndin bir kilometrdən çox yolunun asfaltlanmasını minnətdarlıqla xatırlayaraq, bu mübarək ayda da onları unutmayan deputat Nəsib Məhəməliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, martın 8-də şəhər mərkəzində, 9-da isə Qaysa kəndində və digər bölgələrdə də millət vəkilinin təşəbbüsü ilə iftar süfərləri açılacaq. Ramazan boyunca bu xeyirxah ənənə davam edəcək.
Süleyman










































