Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Mediasiya üstünlükləri” mövzusunda maarifləndirici seminar təşkil olunub

"Mediasiya üstünlükləri” mövzusunda maarifləndirici seminar təşkil olunub


Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələri üçün "Mediasiya üstünlükləri” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Newscenter.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Bakı 20 saylı mediasiya təşkilatının direktoru Nicat İsmayılov mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üsulu olduğunu vurğulayıb. Bildirib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mediasiya Şurası və mediasiya təşkilatları ailə, əmək, inzibati, kommersiya və mülki münasibətlərdən irəli gələn mübahisələrin həllində mühüm rol oynayır. O, həmçinin mediasiyanın məhkəmələrin iş yükünün azaldılmasında alternativ həll yolu kimi əhəmiyyətindən söz açıb.

Daha sonra Mediasiya Şurasının üzvləri, Bakı 20 saylı mediasiya təşkilatının mediatorları Səbinə İsmayılova və Səltənət Həsənova çıxış edərək, mediasiyanın yalnız hüquqi prosedur deyil, həm də sivil razılaşma və dialoq mədəniyyəti olduğunu diqqətə çatdırıblar. Qonaqlar mediasiya prosesinin üstünlükləri, tərəflər arasında qarşılıqlı anlaşmanın formalaşdırılması və mübahisələrin məhkəməyə müraciət etmədən həlli imkanları barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Süleyman
Xəbəri paylaş