Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran ətrafında baş verənlər nə vəd edir?

İran ətrafında baş verənlər nə vəd edir?


İranla bağlı proseslərin yalnız hərbi müqayisənin aparsaq iki tamamilə fərqli strategiyanın şahidi oluruq. Birləşmiş Ştatlar və İsrail hücum edən tərəf olaraq məhz hava gücü və üstünlüyü hesabına məqsədinə çatmaq istəyir. Hələlik bu onlarda alınmır və real mənzərə hələ bu prosesin vaxt aparacağı qənaətini gücləndirir. Nəticə isə məçhuldur. Hava üstünlüyü istənilən müharibədə həlledici amillər sırasında olsa da, ancaq yekun nəticəni məhz piyada qüvvələr müəyyənləşdirir. ABŞ isə İranla bağlı o riskə getmək istəmir. Paralel olaraq daxildən dəyişiklik üçün mümkün bütün variantlara əl atırlar. Eyni zamanda hərbi əməliyyatların uzanması çəkilən xərcləri də artır ki, həmin xərclər Pentaqonun illik büdcəsində nəzərdə tutulmamışdır. Ordu borclanır.

İran isə öz növbəsində klassik müdafiə döyüşü həyata keçirmir. Bunun bir neçə təməl səbəbi var.

1. Texnoloji yetərsizlik.
2. Böyük coğrafiya
3. Bir istiqamət üzərində qurulan doktrina

İlk növbədə texnoloji yetərsizliyi incəliyək. İran ordu sistemi, bütün qüvvələr hesaba alınmaqla say tərkibi baxımından bölgənin ən böyük ordularından biridir. Lakin hərbi təchizatları böyük ölçüdə 1970-80 - ci illərin texnologiyaları üzərində qurulub. Bu müddət ərzində rejim istər hava qüvvələri, istərsə də havadan müdafiə sistemləri baxımından müasir sayıla biləcək çox az sistem silahlanmaya qəbul edə bilib. Bunlar nəticə etibarilə Rusiya və Çin məşəli sistemlərdir. Geri qalanlar isə məhz daxili istehsal hesabına, amma tərsinə mühəndislik edərək, yəni, Rusiya və Çin sistemlərinin ucuz, texnoloji cəhətdən zəif modellərini istehsal edərək silahlanmaya qəbul etməklə reallaşdırıblar. Bu zəif tərəf bu günki real mənzərənin ardındakı səbəblərdən biridir. Ölkə böyük ölçüdə havadan müdafiəsiz qalıb.

Digər vacib məqamlardan biri də, böyük əraziyə sahib olmaqdır. Ərazi böyük olduqda onun müdafiəsini eşolanlaşdırılmış şəkildə təmin etmək çox çətindir. Mütləq şəkildə boşluqlar olur.

Üçüncü, yəni bir istiqamət üzərində qurulan sistemə gəldikdə isə, İranın silah sənayesi müasir standartlara cavab verməsə də, onların ballistik raket texnologiyaları olduqca yaxşı vəziyyətdədir. Xüsusilə, hipersəs tipli raketlər istehsal etmək ciddi mühəndislik qabiliyyəti tələb edən bir məsələdir. İran bu sahədə olduqca yaxşı vəziyyətdədir. Lakin bu heç bir halda kifayət deyil. Silahlı qüvvələrin bütün növləri eyni qaydada inkişaf etdirilməlidir. İran ordusunun vəziyyəti isə raxit orqanizmə bənzəyir.

Bu səbəbdən İran rəsmilərinin, SEPAH generallarının odlu-alovlu bəyanatları ciddiyə alınmır. Çünki hər kəs geridəki gücün potensialını yaxşı bilir.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş