Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Monqolustan prezidenti Qazaxıstana dövlət səfəri edəcək

Monqolustan prezidenti Qazaxıstana dövlət səfəri edəcək


Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Qazaxıstana dövlət səfəri edəcək.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər aprelin 20-də başlayacaq. Monqolustan prezidentinin Qazaxıstana dövlət səfəri 3 gün davam edəcək.

Səfər zamanı dövlət başçıları araslnda yüksək səviyyəli danışıqlar aparılacaq. Danışıqlar zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq. Danışıqların yekunu olaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlərin imzalanması da nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş