Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin 1-ci rübündə mediasiya təşkilatlarına 11.531 müraciət daxil olub

Bu ilin 1-ci rübündə mediasiya təşkilatlarına 11.531 müraciət daxil olub


2026-cı ilin 1-ci rübü ərzində mediasiya təşkilatlarına ümumilikdə 11.531 müraciət daxil olub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat Mediasiya Şurasının açıqladığı hesabatda qeyd olunub. Bildirilib ki, daxil olan müraciətlərdən 10.245-i ailə mübahisələri, 1.059-u əmək mübahisələri, 59-u kommersiya mübahisələri, 164 müraciət mülki mübahisələr, 4 müraciət isə digər mübahisələr üzrədir.

Daxil olan müraciətlərdən 10.585 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 5.257, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 1.466-dır.

2026-cı ilin 1-ci rübündə ümumilikdə 1.794 barışıq sazişi imzalanmışdır ki, bu da 46.5% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 1.482 barışıq ailə, 241 barışıq əmək, 10 barışıq kommersiya, 57 barışıq mülki mübahisələr, 4 barışıq isə mülki mübahisələrlə bağlı müraciətlər üzrədir.

Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqa vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub. Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.

Süleyman
Xəbəri paylaş