Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Magyar Macarıstan prezidentinə könüllü istefa vermək üçün vaxt verdi

Magyar Macarıstan prezidentinə könüllü istefa vermək üçün vaxt verdi


Tisza Partiyasının lideri və tezliklə Macarıstanın baş naziri olacaq Peter Magyar, əvvəlki hökumət dövründə vəzifələrini tutan demək olar ki, bütün dövlət idarələrinin rəhbərlərini 31 maya qədər könüllü olaraq istefa verməyə çağırıb.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, Budapeştdə keçirilən mətbuat konfransında çıxış edən Mağyar həmin şəxsləri Baş nazir Viktor Orbanın davamçıları hesab edib. Mağyar hesab edir ki, həmin şəxlərin vəzifələrində qalmağa mənəvi haqqları yoxdur.

O bildirib ki, onlar 31 maya qədər istefa ərizələrini təqdim edə bilərlər:

"Bundan sonra bizə verilən səlahiyyətlərdən və qanuni yollardan istifadə edərək onları vəzifədən uzaqlaşdırmaq üçün hərəkətə keçəcəyik".

Qeyd edək ki, 12 aprel seçkilərindən sonra Mağyarın partiyası Macarıstan parlamentində konstitusiya çoxluğu qazanıb və zərurət yaranarsa, konstitusiyaya dəyişiklik edə bilər.

Anar
Xəbəri paylaş