
Cari il noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiatının (KTMT) sammiti keçiriləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Rusiya XİN-rəhbəri bildirib ki, sammitin Moskvada keçirilməsi nəzərdə tutulub.
Lavrovun sözlərinə görə, Rusiya Federasiyası və KTMT tərəfdaşları bu sammitə ittifaqın inkişafına kömək edəcək zəngin, dəyərli sənədlər hazırlamaq istiqamətində iş aparırlar.
Qeyd edək ki, Lavrov bu barədə KTMT Parlament Assambleyası Şurasının iclasında bildirib.
Anar








































