
ABŞ prezidenti Donald Tramp, davam edən blokada fonunda neft qiymətlərinin artmasına baxmayaraq, İranla müqavilə imzalanana qədər Hörmüz boğazını açmayacağını bildirib.
Newscenter.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Bloomberg-ə verdiyi müsahibədə bildirib.
"Onlar mənim Hörmüz boğazını açmağımı istəyirlər. İranlılar onun açılmasını çox arzulayırlar. Ancaq saziş imzalanana qədər onu açmayacağam",-deyə Tramp deyib.
Agentlik qeyd edir ki, Tramp ABŞ-ın boğazın blokadasını davam etdirdiyini vurğulayıb.
Anar











































