
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Kupanq şəhərindən 133 km şimal-şərqdə, əhalisi təxminən 282.000 nəfər olan ərazidə yerləşir.
Zəlzələnin episentri yerin 77 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Anar











































