Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrlandiya parlament nümayəndə heyəti Bakıda Zəfər abidəsini ziyarət edib

İrlandiya parlament nümayəndə heyəti Bakıda Zəfər abidəsini ziyarət edib


Ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Mak Kormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti aprelin 21-də Bakıda Zəfər parkında olub.

Newscenter.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə güllər qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Qonaqları Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli müşayiət edib.

Süleyman
Xəbəri paylaş