
Milli Məclisin plenar iclasında Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif edilib.
Newscenter.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Elçin Mirzəbəyli çıxış edib. Millət vəkili bunu Belçika və Niderland parlamentlərində bu günlərdə qəbul edilmiş antiAzərbaycan qətnamələri ilə əlaqələndirib.
Millət vəkili sözügedən qətnamələri qəbuledilməz, Azərbaycanın daxili işlərinə qarışmaq və regionda gərginlik yaratmağa cəhd kimi qiymətləndirib.
Süleyman










































