Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı metrosunun bağlanması ciddi və təhlükəli haldır

Bakı metrosunun bağlanması ciddi və təhlükəli haldır


"Bakı metrosunun qəza səbəbi ilə saat 15:00-dək bağlanması ciddi və təhlükəli haldır".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, metro təkcə sərnişin daşımaları üçün vacib nəqliyyat vasitəsi deyil, həm də fövqəladə vəziyyətlərdə strateji obyekt və sığınacaqdır:

"Qonşuluğumuzda müharibələrin getdiyini, İranın Azərbaycana məlum münasibətini nəzərə alıb strateji obyektlərin mühafizəsi və işlək halda olmasına daim diqqət yetirilməlidir. Bakı metrosu hər gün 100 mindən çox sərnişin daşıyır. Metronun qəzalı vəziyyəti, nasazlığı yerüstü nəqliyyatın yükünü artırır və sərrnişindaşımalarda tıxac yaradır. Bu da nəticə etibari ilə şəhər sakinlərinin rahatlığına, fəaliyyətinə və nəqliyyatdan təhlükəsiz istifadəsinə problemlər yaradır".

Əli Orucov hesab edir ki, bu günkü nasazılıq birdən yaranmayıb və səriştəsizliyin, korrupsiyanın doğurduğu nəticələrdir:

"Auditin ötən ilin yoxlamalarına əsasən məlum olmuşdur ki, dövlət büdcəsindən metropolitenə ayrılmış milyonlarla vəsait təyinatı üzrə xərclənməyib və şişirtmələrə yol verilib. Buna baxmayaraq heç kim cəzalandırılmadı və məsuliyyətə cəlb olunmadı. Göründüyü kimi, cəzasızlığın ağırlığını isə xalq və dövlət çəkir".

Süleyman
Xəbəri paylaş