
"Adətən demokratiya və insan hüquqlarından danışanlar demokraatiya və insan hüquqlarını pozurlar. Onlar keçmiş müstyəmləkiçiliklərindən danışmaq əvəzinə, başqalarına barmaq uzatmaqla məşğul olurlar".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Tural Gəncəliyev Belçika və Niderland parlamentindəı Azərbaycan əleyhinə qəbul edilən qətnamələri şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Belçika uzun illər Konqoda müstəmləkəçiliklə məşğul olub, orada insan hüquqlarını pozub:
"Eləcə də Niderland uzun illər İndoneziyada anoloji addımları atıb".
Millət vəkili deyib ki, sözügedən qətnamələr Azərbaycanın daxili işlərinə qarıışmaqdır.
Süleyman










































