Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkələrin enerji təhlükəsizliyinə töhvə verən Azərbaycanda qaz hasilatı artmaqdadır

Ölkələrin enerji təhlükəsizliyinə töhvə verən Azərbaycanda qaz hasilatı artmaqdadır


"Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı deyib. Azərbaycan Prezideninin qeyd etdiyi kimi, ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir. Bəs, boru kəməri vasitəsi ilə hansı ölkələr necə dövlətə qaz ixrac edirlər?

Azərbaycan ilə yanaşı boru kəməri ilə təbii qaz ixrac edən əsas ölkələr Rusiya, Norveç, Əlcəzair, Kanada və ABŞ-dir. Rusiyanın təbii qaz ixrac etdiyi ölkələrin sayında Ukrayna müharibəsindən sonra kəskin azalma müşahidə edilib. 2019-cu ildə 37 ölkəyə öz təbii qazını satan Rusiyanın bu sahədə tərəfdaşları indi birrəqəmlidir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Norveç, əsasən, Gassco tərəfindən idarə olunan boru kəməri şəbəkəsi vasitəsilə Avropanın 7 ölkəsinə təbii qaz ixrac edir. Norveç qazının əsas alıcıları Almaniya, Birləşmiş Krallıq, Belçika, Fransa və Danimarkadır:

"Əlcəzair, əsasən Avropaya təbii qaz tədarük edən əsas ixracatçı ölkədir və əsas istiqamətləri İtaliya, İspaniya və Fransadır. Əsas boru kəməri müqavilələri İtaliya və İspaniyaya yönəlib.

Kanadanın təbii qazının demək olar ki, hamısı boru kəməri vasitəsilə bir ölkəyə, yəni ABŞ-ə ixrac olunur ki, bu da onun ümumi ixracının 99%-dən çoxunu təşkil edir. ABŞ-də isə ixrac daha çox LNG üzrə formalaşıb".

Deputat deyib ki, boru kəməri vasitəsi ilə daha çox ölkələrin enerji təhlükəsizliyinə töhvə verən Azərbaycanda qaz hasilatı artmaqdadır və növbəti illərdə də bu dinamikanın davam edəcəyi gözlənilir:

"Belə ki, 2025-ci ildə ölkəmizdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr çoxdur. Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Qaz ixracının 12,8 milyard kubmetri Avropanın payına düşüb".

Süleyman
Xəbəri paylaş