Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məlum qətnamələr Azərbaycan üçün heç bir hüquqi, siyasi məsuliyyət və öhdəlik formalaşdırmır

Məlum qətnamələr Azərbaycan üçün heç bir hüquqi, siyasi məsuliyyət və öhdəlik formalaşdırmır



"Belçika və Niderland parlamentləri tərəfindən qəbul edilən qətnamələrin sinxron xarakter daşıması Azərbaycan-Ermanıstan münasibətlərinə planlı şəkildə xələl gətirilməsinə hesablanmış uğursuz addımlardır. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu ölkələrin parlamentləri tərəfindən qəbul olunan qətnamələr Azərbaycan üçün heç bir hüquqi, siyasi məsuliyyət və öhdəlik formalaşdırmır və adi kağız parçasından başqa bir şey olmamaqla ölkəmizdə ancaq ikrah hissi yaradır. O zaman, Ermənistan hökumətinin Qarabağ mövzusunun artıq bir tarix olduğunu, Qarabağda yaşamış ermənilərin bu torpaqlara qaytarılması məsələsinin ümumiyyətlə gündəlikdən çıxarılmasının vacib olduğunu bildirdiyi bir məqamda regionumuzdan uzaqda yerləşən və ciddi geosiyasi çəkisi olmayan ölkələrin belə bir qətnamə qəbul etməyə vadar edən nədir? Rusiyadan uzaqlaşmaq siyasi xəttini götürmüş bir Ermənistan hökumətini müdafiə etmək əvəzinə, Rusiya tərəfindən dəstəklənən revanşist siyasi dairələrin məqsədlərinə xidmət edən və ölkə daxilində qarşıdurma yaratmaq istəyən qüvvələrə stimul verən, onu Azərbaycanla qarşıdurmaya təhrik etməyə çalışan bu Avropa ölkələri hansı nəticələri əldə etmək istəyirlər?"

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı Belçika və Niderland parlamentlərində qəbul edilmiş qətnamələri şərh edərkən səsləndirib. O hesab edir ki, ölkəmizə qarşı qərəzli qətnamələri şərtləndirən əsas bir neçə amil vardır:

"Birincisi, Azərbaycanın regiondakı mövqeyinin və gücünün hər keçən gün daha da möhkəmlənməsidir. Kollektiv qərbdə düşünürlər ki, Ermənistanın bu gün qərbyönümlü xarici siyasət yürütməsinə baxmayaraq, bu ölkənin Azərbaycanla yaxınlaşması İrəvan hökumətinin gələcək xarici siyasətində korreksiyalara səbəb ola bilər. Azərbaycanın dəstəyi ilə mövcud olduğu enerji və nəqliyyat asılılığından azad olan Ermənistanın zamanla regionda maraqları olan digər dövlət və birliklərin (beynəlxalq təşkilatların) iki tərəfli münasibətlərə zərər vurduğunu daha açıq şəkildə anlamaq perespektivinin olmasıdır. Başqa sözlə Paşinyan hökumətinin Azərbaycan Ermənistan münasibətlərinə Rusiyanın vurduğu zərəri anladığı kimi, sabah bu münüsibət digər ölkələrə qarşı da sərgilənə bilər. Avropa dövlətləri üçün Gürcüstan bu yolu keçmiş nümunədir.

İkincisi amil Ermənistan dövlətinin və xalqının malik olduğu bəzi özəlliklərdir. Məlumdur ki, Ermənistan cəmiyyətində və siyasətində kilsə və diasporanın böyük təsir gücü vardır. Paşinyan hökuməti dövlət quruluşu baxımından hər iki amilin zərərli məqamlarını anlayır və bu təsirləri minimuma endirmək üçün cəhdlər edir. Düşünürəm ki, Belçika və Niderland parlamentləri tərəfindən qəbul olunmuş qətnamələrin ərsəyə gəlməsində erməni diasporunun da yetərincə əməyi olmuşdur. Erməni diasporu ölkələrimiz arasında başlayan sülh prosesinə isti yanaşmır və böyük Ermənistan xəyalları ilə yaşamaqda davam edirlər.

Üçüncü amil bu ölkələrdə yüksəlməkdə olan radikal milliyətçi siyasi əhval ruhiyyənin fonunda ölkəmizə qarşı islamafobiya münasibətindən irəli gəlir. Bununla da bu ölkələrin parlamentləri islam ölkəsi olan ölkəmizə qarşı əsassız iddialar irəli sürməklə öz elektoratları qarşısında əlavə siyasi dividentlər əldə etmiş olurlar. Əgər bu ölkələrin gerçək məramları “xalqların və insanların pozulmuş hüquqlarının bərpa olunması” olsaydı, o zaman heç bir tarixi, mənəvi, siyasi bağları olmayan region və ölkələr haqqında hər hansı bir qətnamə qəbul etməkdənsə, yüzilliklər boyu istismar etdiklər, mövcud olan bütün beynəlxalq hüquq normalarını pozduqları Afrika qitəsinin dövlətləri haqqında müvafiq qətnamə və qərarlar qəbul etməklə real addımlar atardılar".

Elçin Ağamalı əmin olduğunu bildirib ki, bu cür qətnamələrin ölkəmizdə ciddiyə alınmadığı və etirazla qarşılandığı kimi, yaxın gələcəkdə Ermənistandan da eyni münasibət və reaksiyanı görəcəyik:

"Güclü Azərbaycan sayəsində Cənubi Qafqaz regionu geosiyasi poliqon rolunu oynamaqdan tamamilə azad olmaq mərhələsini keçir və bu prosesin yekunlaşacağı zaman uzaqda deyil".

Süleyman
Xəbəri paylaş