
Yaxın günlərdə Almaniya Federativ Respublikası parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, parlament nümayəndə heyəti səfər zamanı çoxsaylı görüşlər keçirəcək, Azərbaycanın qanunverici orqanında olacaqlar.
Alman parlamentarilərin işğaldan azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur. Nümayəndə heyəti səfər zamanı minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərlə əyani şəkildə tanış olacaqlar.
Anar










































