Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağcabədidə Kür çayı bəndi yarıb

Ağcabədidə Kür çayı bəndi yarıb


Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.

Newscenter.az xəbər verir ki, "Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.

Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
Xəbəri paylaş