
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.
Newscenter.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən bildirir ki, görüş Türkiyənin Mədəniyyət və Turizm Nazirliyində baş tutub.
Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq-qardaşlıq əlaqələrindən danışılıb, bu əlaqələrin gündən-günə inkişaf etməsindən məmnunluq ifadə edilib.
Söhbət zamanı həmçinin iki qardaş ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Süleyman












































