
İrəvandakı Respublika meydanında bir qrup erməni millətçi şovinisti tərəfindən Türkiyə bayrağının yandırılması Türkiyə və Azərbaycana qarşı hələ də düşmənçilik hisslərinin qalmasını göstərir.
Bu, erməni vəhşiliyidir, təəssüf doğuran odur ki, bu hadisəni bəzi ictimai qüvvələr və siyasi partiyalar da dəstəkləyir. “Daşnaksütyun”, “Ermənistan” bloku və digər təşkilatların at oynatmasında, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülməsində hakimiyyətin də günahı var.
Doğrudur, baş nazir Paşinyan bu hadisəni qınadı, bunu açıq-aydın gərginliyə səbəb olan təxribatçı davranış adlandırdı. Ancaq bu hallara yol verməmək üçün hakimiyyət lazımı tədbirlər görə bilərdi.
Azərbaycan 5 aydır ki, Ermənistana ucuz benzin, yanacaq verir, Qazaxıstan, Rusiya və başqa ölkələrdən gələn malları asan və manesiz bu ölkəyə keçidini təmin edir. Ermənistanla normal qonşuluq münasibəti qurmaq üçün humanizmin bütün təzahürlərini nümayiş etdirir.
Eləcə də qardaş Türkiyə ermənilərə öz qapılarını açıb, işləməyə gələn minlərlə erməniyə yer verib, hazırda sərhədləri açmaq üçün məsləhətləşmə aparılır.
Bu cür normallaşma mühitində qondarma erməni soyqırımının ildönümünün keçirilməsi, Məşəl Yürüşünün təşkili, Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilməsi, Türk bayrağının yandırılması qəbuledilməz və bağışlanmazdır.
Tipik erməni təfəkkürünün nümunəsi olan bu hadisələr göstərir ki, ermənidən dost olmaz, düşmən öz fitə-fəsadından, hiyləgərliyindən geri çəkiləsi deyil.
Ona görə də, Dəmir Yumruq həmişə hazır vəziyyətdə olmalıdır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor










































